“Boston”un hücumçusu David Pastrnyak klubla yeni – 8 illik müqavilə bağlayıb.
"Football-plus.az" xəbər verir ki, 26 yaşlı çexiyalı bu müddətdə 90 milyon dollar qazanacaq. Onun illik maaşı 11,25 milyon dollar təşkil edəcək. 2014-cü il draftında seçilən və karyerası yalnız “Boston”la bağlı olan Pastrnyak cari mövsümdə keçirdiyi 61 oyunda 83 (43+40) xal toplayıb.