“Haas” Okonu Kamara ilə əvəzlədi

12.11.2026 18:59 0
İdman
Braziliyalı pilot Rafael Kamara “Formula-1”də 2026 mövsümünün sonuna qədər “Haas”da fransalı Esteban Okonu əvəz edəcək. 21 yaşlı pilot həftəsonu keçiriləcək San-Paulu “Qran-pri”sində debüt edəcək və Oliver Bermanın tərəfdaşı olacaq.

“Haas”ın mətubat xidmətinin yaydığı xəbərdə o da vurğulanır ki, Okon cari mövsümdə bir daha komandanın heyətində çıxış etməyəcək. Əvvəllər tərəflər mövsüm bitəndən sonra vidalaşmağı planlaşdırırdı. Sentyabrın sonunda fransalının 2026 mövsümü bitincə komandadan ayrılacağı elan olunmuşdu.

Okon “Haas”a 2025 mövsümündən əvvəl “Alpin”dən keçmişdi. Fransalı 2026 mövsümündə 7 xal toplayıb, onun son “Haas”dakı son yarışı oktyabrın 25-də keçirilən ABŞ “Qran-pri”si oldu. Ötən həftəsonu keçirilən Meksika mərhələsində 2-ci məşqdən sonra Okonu ehtiyat pilot Ryo Xirakava əvəz etdi, əsas mərhələyə də o qatıldı.

Kamara oktyabrın 15-də “Haas”la uzunmüddətli müqavilə bağlayıb, 2027 mövsümündə komandanın əsas pilotu olacaq.