"Football-plus.az" saytı olaraq "Qəbələ"nin vəziyyəti ilə bağlı Ceyhun Sultanovun fikirlərini öyrəndik:
"Futbol komandasında inkişaf üçün maddiyat əsas şərtdi. Maliyyədən kasad oldunsa, yüksək nəticələr göstərə bilməyəcəksən. "Qəbələ"də də vəziyyət hazırda ürəkaçan deyil. Əsas oyunçular komandanı tərk etdi. Hazırda onların yerini doldurmaqda çətinlik çəkirlər. Təbii ki, Konfrans Liqasında iştirak edilməlidi, amma orda yaxşı çıxış edə bilməyəcəksənsə, daha layiqli komandanın getməsi məsləhətdi. Düşünürəm ki, "qırmızı-qaralar" avrokubokda 1-2 oyuna yox, ümumilikdə gələn mövsümə hazırlaşmaq üçün ciddi plan cızmalıdı. Bu olmasa, komanda çempionatda aşkar autsayderə çevrilə bilər".
ABDULLA İSMAYILOĞLU




