Mourinyodan UEFA-ya etiraz

26.06.2023 13:09 234
Dünya futbolu
UEFA-nın sərt cəzalandırdığı Joze Mourinyo qitə futbol qurumuna özünəməxsus tərzdə etiraz edib.

"Football-plus.az" xəbər verir ki, “Roma”nın baş məşqçisi təşkilatın Məsləhət Şurasını tərk edib. Mourinyo bu haqda özü bildirib.

Xatırladaq ki, o, Avropa Liqasının “Sevilya” ilə final matçından sonra hakim Entoni Teyloru təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya olunub. Portuqaliyalı mütəxəssis UEFA-ya buna etiraz əlaməti kimi apreldə yaradılan Məsləhət Şurasından çıxması barədə məlumat verib. Məşqçi şuranın rəhbəri Zvonimir Bobana yazdığı məktubda bunları qeyd edib:

“Hörmətli cənab Boban, məni UEFA Futbol Şurasına üzv olmağa dəvət etdiyiniz üçün sizə təşəkkür etməklə yanaşı, təəssüflə bildirirəm ki, bu qrupdakı üzvlükdən imtina edirəm. Şuraya daxil olanda çox inandığım şərtlər artıq yoxdu və mən bu qərarı vermək məcburiyyətində qaldım. Sizdən ciddi şəkildə xahiş edirəm ki, qərarım barədə prezident Aleksander Çeferinə də məlumat verəsiz. Hörmətlə, Joze Mourinyo”.