Mourinyo “2” aldı

2.03.2023 22:30 194
Dünya futbolu
Joze Mourinyonun aqibəti müəyyənləşib. Gözlənildiyi kimi, “Roma”nın baş məşqçisi ciddi cəzadan qaça bilməyib.

Portuqaliyalı mütəxəssis A seriyasının 24-cü turunun “Kremoneze” ilə matçında yolverilməz davranışına görə texniki zonadan qovulmuşdu. Mourinyo oyunun ikinci hissəsinin əvvəlində ehtiyat hakim Marko Serra, daha sonra isə baş hakim Marko Piççinini ilə ciddi mübahisə etdiyi üçün qırmızı vərəqə almışdı. A Seriyasının müvafiq komitəsinin açıqladığı məlumatda onun 2 oyunluq cəzalandırıldığı bildirilib:
“Mourinyo ikinci hissənin ilk dəqiqələrində hakimin qərlarına kəskin və təxribatçı şəkildə etiraz etdiyinə görə 2 oyunluq cəzalandırılıb və 10 min avro cərimələnib. Bundan əlavə, o, hakimlərin otağına daxil olub və matç başa çatdıqdan sonra dördüncü hakimə təhqiramiz ifadələr yönəldib və təkliflər edib”.


Beləliklə, baş məşqçi martın 5-də və 12-də uyğun olaraq “Yuventus”a və “Sassuolo”ya qarşı keçiriləcək matçlarda “Roma”ya texniki zonadan heç bir göstəriş verə bilməyəcək.