Joze Mourinyo dilinin bəlasına düşüb. “Roma”nın baş məşqçisi 2 oyunluq diskvalifikasiya olunub.
Football-plus.az “La Gazzetta dello Sport”a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis A seriyasının 15-ci turunun “Torino” ilə matçında (1:1) hakimin qərarlarına sərt etiraz etdiyinə görə görə cəzalanıb. Həmin oyunda texniki zonadan qovulan Mourinyo İtaliya çempionatının “Bolonya” (4 yanvar) və “Milan”la (8 yanvar) matçlarında texniki zonada olmayacaq.
Qeyd edək ki, “Roma” A seriyasında 15 turdan sonra 27 xalla 7-ci yeri tutur.