Joze Mourinyo gözlənilən cəzanı alıb.
"Football-plus.az" xəbər verir ki, UEFA onun yolverilməz davranışını sərt dəyərləndirib.
Təşkilatın Nizam-İntizam Komitəsi (NİK) “Roma”nın baş məşqçisini 4 oyunluğa cəzalandırıb. Portuqaliyalı mütəxəssis Avropa Liqasının “Sevilya” ilə final oyununu idarə edən Entoni Teylorla ciddi qarşıdurma yaşadığı üçün sanksiyaya məruz qalıb. Xatırladaq ki, Mourinyo mayın 31-də keçirilən matçdan sonrakı mətbuat konfransında ingiltərəli hakimdən narazılığını kəskin şəkildə bildirmiş və onu avtomobil parkında təhqir etmişdi.