"Zirə"nin yeni transferi Ruan Renato sosial şəbəkə hesabında paylaşım edib.
"Football-plus.az" xəbər verir ki, braziliyalı müdafiəçi qəsəbə təmsilçisinə keçidi haqda bunları yazıb:
"Karyeramda yeni dövr başlayır. Özümü çox xoşbəxt hiss edirəm və bu böyük klubu təmsil etmək üçün motivasiyalıyam. Söz verirəm ki, fədakarlıq, iş və mübarizə heç vaxt əskik olmayacaq. Birlikdə hədəflərimizə çatmağa çalışacağıq".
Ruan Renato ötən mövsümü "Qəbələ"də keçirib. "Qırmızı-qaralar"la müqaviləsini yeniləməyən müdafiəçi azad agent kimi "Zirə"yə qoşulub.