Ruan Renato: “Mənim üçün çox özəl an idi”

6.04.2023 15:27 403
Premyer-liqa
Misli premyer-liqasının 28-ci turunun "Sabah" - "Qəbələ" matçında ilk yaşandı. Belə ki, "qırmızı-qaralar"ı meydana kapitan sarğısı ilə Ruan Renato çıxardı.

"Football-plus.az" olaraq bunu nəzərə alıb braziliyalı futbolçunun təəssüratını öyrəndik:

"Mənim üçün çox özəl an idi. “Qəbələ”nin kapitanı kimi meydana çıxmaqdan, o sarğını taxmaqdan, məsuliyyətin mənə tapşırılmasından şərəf duydum".


ABDULLA İSMAYILOĞLU