Ruan Renato ilə yeni müqavilə - RƏSMİ

1.04.2022 21:30 530
Aktual / Ölkə futbolu / Premyer-liqa
“Qəbələ” müdafiəçisi Ruan Renato ilə müqavilə müddətini uzadıb.

Braziliyalı futbolçu ilə yeni anlaşma daha bir il müddətinə nəzərdə tutulub. Əvvəlki müqaviləsi 2021-2022-ci illər mövsümünün sonunda başa çatan 28 yaşlı cənubi amerikalı daha bir mövsüm “qırmızı-qara” formanı geyinəcək. Onun anlaşması 2023-cü ilin iyununda başa çatacaq.

Xatırladaq ki, 2021-ci ilin avqustundan “Qəbələ”nin şərəfini qoruyan Renato komandamızın heyətində keçirdiyi 22 matçda 2 qol vurub.