"Qəbələ"də ayrılıq

24.06.2023 11:55 231
Ölkə futbolu
"Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Müdafiəçi Ruan Renato ilə başa çatan müqavilə yenilənməyib.

Qeyd edək ki, Ruan 2021/22 mövsümündən “qırmızı-qaralar”ın formasını geyinirdi. Renato 72 görüşdə 4 dəfə fərqlənib.

Xatırladaq ki, daha əvvəl Məqsəd İsayev, Ramon Maçado, Səlahət Ağayev, Andrey Strijak, Rövlan Muradov, Felipe Santos və İsnik Alimi də "Qəbələ"dən ayrılıb