"Qalatasaray"ın yeni futbolçusu sıradan çıxdı

29.08.2022 13:58 441
Dünya futbolu
"Qalatasaray"ın yeni legioneri sıradan çıxıb.

"Football-plus.az" Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul təmsilçisinin yarımmüdafiəçi Lukas Torreyra zədələnib.

Super Liqanın 4-cü turunun “Trabzonspor”la qarşılaşmasının 17-ci dəqiqəsində zədələnərək meydanı tərk edən uruqvaylının son durumu tibbi müayinədən sonra bilinəcək.

Xatırladaq ki, “Qalatasaray” “Trabzonspor” (0:0) səfərindən bir xalla qayıdıb.