"Sumqayıt" klubu "Şaxtyor"un yetirməsi ilə müqaviləni yeniləyib

20.06.2023 12:57 229
Ölkə futbolu
"Sumqayıt" klubu futbolçusu Murad Xaçayevlə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə 2+1 illik sözləşmə imzalanıb.

Qeyd edək ki, Ukraynanın "Şaxtyor" (Donetsk) klubunun yetirməsi olan Murad Xaçayev 2018-ci ildən "Sumqayıt"da çıxış edir. O, bu müddət ərzində 84 qarşılaşmada meydana çıxıb və 6 qola imza atıb.