"Sumqayıt" daha bir oyunçu ilə müqaviləni yenilədi

20.05.2022 16:50 575
Premyer-liqa
"Sumqayıt" daha bir futbolçusu ilə müqaviləni yeniləyib.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumata görə, vitse-kapitan Vüqar Mustafayevlə 3 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, 2019-cu ildən "gənclik şəhəri" təmsilçisinin şərəfini qoruyan 28 yaşlı dayaq yarımmüdafiəçisi bu müddət ərzində ümümilikdə 64 oyunda meydana çıxıb. O, həmçinin Azərbaycanın U-21, U-23 və əsas millilərinin də uğurları üçün çalışıb.