"Neftçi" legioneri ilə müqavilənin müddətini daha iki il uzadıb

5.06.2023 15:52 317
Ölkə futbolu
"Neftçi" klubu qapıçısı İvan Brkiçlə müqavilənin müddətini uzatdığını açıqlayıb.

"Football-plus.az" paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı qolkiperlə iki illik sözləşmə imzalanıb.

Qeyd edək ki, 2022-ci ilin yanvarında "ağ-qaralar"a keçən xorvatiyalı oyunçu bu müddətdə Premyer Liqada 37, ölkə kubokunda 9, avrokuboklarda isə 4 görüşdə meydanda olub.