"Sabah" yarımmüdafiəçisi ilə müqavilə müddətini uzatdı

7.07.2022 17:23 440
Ölkə futbolu
“Sabah” futbolçusu Ceyhun Nuriyevlə müqavilənin müddətini uzadıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 21 yaşlı yarımmüdafiəçi ilə 2 illik yeni sözləşmə imzalanıb.

Qeyd edək ki, Nuriyev 2020-ci ildən paytaxt təmsilçisnin əsas komandasında oynayır. O, "Sabah"ın heyətində Azərbaycan Premyer Liqası və ölkə kubokunda 23 oyunda 2 qola vurub.