"Qarabağ": ÇL-in qrupunda potensial rəqiblərin sayı beşə düşüb

20.06.2023 11:42 272
Çempionlar Liqası
"Qarabağ"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki potensial rəqibləri azalıb.

"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın mümkün rəqiblərinin sayı beşə düşüb.

Ölkə çempionu Polşanın “Rakuv”, Lüksemburqun “Hesperange”, Latviyanın “Valmiera”, Şimali İrlandiyanın “Larne” və ya Cəbəllütariqin “Linkoln” kollektivi ilə üz-üzə gələ bilər.

Qeyd edək ki, 1-ci təsnifat mərhələsinin püşkatma mərasimi bu gün Bakı vaxtı ilə saat 16.00-da başlayacaq.