Avropa Liqasında yeni mövsüm start götürüb.
Football-plus.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ”ın pley-offdakı mümkün rəqibləri 3-cü təsnifat mərhələsinin ilk oyununa çıxıb.
İrlandiyada “Şemrok Rovers” Şimali Makedoniya təmsilçisi “Şkupi”ni sınağa çəkib. Matç İrlandiya klubunun 3:1 hesablı qələbə qazanıb.
Komandalar arasında cavab oyunu avqustun 11-də baş tutacaq. Cütün qalibi Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin “Qarabağ” – “Ferensvaroş” duelində məğlub olan komanda ilə görüşəcək.
Qeyd edək ki, pley-off avqustun 18-də və 25-də baş tutacaq.