"Qarabağ"ın ÇL-dəki 9 potensial rəqibi məlum oldu

15.05.2023 12:37 327
Manşet
Növbəti mövsüm Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək "Qarabağ"ın 1-ci təsnifat mərhələsindəki 9 potensial rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, Ağdam təmsilçisi səpələnmişlər səbətində yer alacaq. "Qarabağ"ın 15 potensial rəqibindən 9-u aşağıdakılardır:

“Klaksvik” (Farer adaları), “Dinamo” (Tbilisi, Gürcüstan), “Rakuv” (Polşa), “Haken” (İsveç), “Valmiyera” (Latviya), “Larn” (Şimali İrlandiya), “Hamrun” (Malta), “Svift Esperanj” (Lüksemburq), “Struqa” (Şimali Makedoniya).

1-ci təsnifat mərhələsinin püşkü iyunda atılacaq, oyunlar isə iyulda keçiriləcək.

Qeyd edək ki, ÇL-in 1-ci təsnifat mərhələsində 32 komanda iştirak edəcək. Onlardan artıq 22-si məlumdur. Bu komandalardan 10-u səpələnmişlər, 9-u səpələnməmişlər səbətində yer alacaq. Digər 3 komandanın hansı səbətdə olacağı hələlik məlum deyil.