“Qarabağ”ın 2023/2024 mövsümündə UEFA Çempionlar Liqasının (ÇL) 3-cü təsnifat mərhələsində yer alacağı səbət müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, Azərbaycan çempionu turnirin ilk iki raundunda büdrəməsə, növbəti mərhələdə də səpələnmişlərin sırasında olacaq.
Qurban Qurbanovun yetirmələri ÇL-də yollarına davam edəcəkləri təqdirdə, ən azı pley-offa qədər bütün mərhələlərin püşkatmasında güclülərin səbətində qərarlaşacaqlar.
III təsnifat mərhələsindəki bir potensial rəqib də məlumdur. Ağdam klubu ilk iki raundu keçsə, buradakı 6 mümkün rəqibdən biri Yunanıstan təmsilçisi AEK (Afina) olacaq.
Qeyd edək ki, Çempionlar Liqasında iyunun 20-də I, 21-də II təsnifat mərhələsinin, iyulun 24-də isə III raundun püşkü atılacaq.