Vurğun Hüseynovun yeni klubu bəlli oldu

19.06.2023 13:06 606
Ölkə futbolu
"Sumqayıt"la müqavilə müddəti sona çatan Vurğun Hüseynovun yeni klubu bəlli olub.

"Football-plus.az"ın əldə etdiyi məlumata görə, təcrübəli müdafiəçi "Kəpəz"lə anlaşıb.

Qeyd edək ki, "kimyaçılar" ona məşqçilik təklifi etsə də, Vurğun Hüseynov azı daha 1 il futbol oynamaq qərarı almışdı.