“Football-plus.az”ın əldə etdiyi məlumata görə, 35 yaşlı müdafiəçi artıq karyerasını başa vurmaq niyyətindədi. Söylənilənlərə aydınlıq gətirmək üçün Vurğun Hüseynovla əlaqə saxladıq:
“Əzələlərimdəki ağrılar artıq tam gücümlə oynamağa imkan vermir. Böyük ehtimalla butslarımı mismardan asmağın vaxtı çatıb. “Sumqayıt” rəhbərliyi klub üçün etdiklərimi nəzərə alıb mənə məşqçilik təklif edib ki, buna görə onlara “çox sağ ol” deyirəm. Hələ ki əsas komandada və ya akademiyada çalışacağım dəqiqləşməyib. Yəqin ki, qarşıdakı günlərdə bu suala aydınlıq gələcək”.
RƏŞAD



