Vurğun Hüseynov 200-ə çatdı

14.11.2022 15:54 353
Ölkə futbolu
Azərbaycan premyer-liqasının 14-cü turu Vurğun Hüseynov üçün əlamətdar olub.

"Football-plus.az" xəbər verir ki, 34 yaşlı müdafiəçi “Sumqayıt”ın heyətində 200-cü çempionat oyununa çıxıb.

“Gənclik şəhəri” təmsilçisinin kapitanının yubileyi “Şamaxı” ilə səfər qarşılaşmasına təsadüf edib. Bu görüşdə sumqayıtlılar 2:4 hesabı ilə uduzub.

2013/14 mövsümündən bu komandada çıxış edən Hüseynov 200 matçda 2 qola imza atıb. O, klub tarixində premyer-liqada ən çox oyun keçirən futbolçudur. Vurğun ölkə çempionatları tarixində eyni komandada 200 və daha çox qarşılaşmada iştirak edən 23-cü oyunçudur.