Lakin hakim oyunu davam etdirdi. Etirazlar da nəticə vermədi, ədalət təmsilçisi qərarını dəyişmədi.
Vurğunun həmin epizodla bağlı football-plus.az-a söylədikləri belə oldu:
"Deyiləcək nəsə yoxdu. Hakim mənə qarşı kobudluğu görməzdən gəldi. Bu haqda başqa saytlara açıqlama vermişəm. Yenidən eyni fikirləri təkrarlamaq istəmirəm. Hakimə etirazımızı bildirdik, VAR-a baxmasını xahiş etdik. Amma dinləmədi. Başa düşə bilmirəm, aşkar qayda pozuntusu varsa və VAR-da oturanlar bunu görmürsə və baş hakimə xəbərdarlıq etmirsə, bu sistemi nə üçün çempionatımıza gətirmişik? Daha bunun harası VAR oldu?"
ABDULLA İSMAYILOĞLU



