Görəsən, bu mümkün olacaqmı? Azərbaycan Estoniyanı məğlub edə biləcəkmi?
"Football-plus.az" olaraq suallarımızı yığmanın sabiq üzvü Mahir Şükürova ünvanladıq:
“Estoniya ilə oyunun çətin keçəcəyini hamımız bilirik. Onlar da çalışacaqlar ki, bizdən xal alsınlar. Amma oyun Bakıda keçirilir. Nəyin bahasına olur-olsun, qələbə qazanmalıyıq. Qrupun iki zəif komandası üz-üzə gələcək. Estoniya da çalışacaq ki, Azərbaycandan xal alsın. Biz də əlimizdən gələni etməliyik ki, doğma meydanda oynadığımız görüşlərdə rəqibləri büdrədək. Futbolçularımız hər şeyi etməlidi ki, Estoniyanı məğlub etsin. Var gücləri ilə oynamalıdılar. Dişi ilə, cırmaq-cırmaq olsa belə, evdə 3 xal qazanılmalıdı. Bizə heç-heçə də sərf etmir. Ancaq qələbə qazanmaq lazımdı. Ümid edirəm ki, uşaqlar özlərini toparlayaraq qələbə qazanacaqlar”.
İLKİN SULTANLI






