Bu gün 21 yaşadək futbolçulardan ibarət yığma növbəti sınağına çıxıb.
Milan Obradoviçin komandası A qrupunda 7-ci matçında Estoniya ilə münasibətləri aydınlaşdırıb. Qarşılaşma yığmamızın 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu, komandamızın qrup mərhələsində ilk qələbəsidi.
Avropa çempionatının seçmə oyunu
A qrupu
Azərbaycan (U-21) - Estoniya (U-21) 3:0
Qol: M.Qurbanlı, 44 (1:0, Ə.Qarəhmədov), M.Qurbanlı, 66 (2:0, E.Cəfərquliyev), A. Xaybullayev, (3:0, İ.Alekperov)
Hakimlər: DAVİD ALEXANDER MUNRO, Şon Karr, Duqlas Potter, Qrant İrvin (hamısı Şotlandiya).
25 mart. Sumqayıt. “Kapital Bank Arena”. Saat 19.00