“Dalğa Arena”da keçiriləcək oyunda rəqib Estoniya olacaq. Qarşılaşma bizim üçün olduqca vacibdi. Canni de Byazinin komandası hələ ki qrupda qələbə qazana bilməyib. İtaliyalı mütəxəssisin rəhbərlik etdiyi kollektiv bu gün ilk qələbəni bayram etmək istəyir.
Görəsən, bu mümkün olacaqmı? Azərbaycan Estoniyanı məğlub edə biləcəkmi?
"Football-plus.az" olaraq suallarımızı yığmanın sabiq üzvü Cavid Hüseynova ünvanladıq:
“Rəqiblə bərabər gücdəyik. Düşünürəm ki, yığmamız bu görüşdə 3 xal üçün əlindən gələni edəcək. Komandamız qələbə qazanmağa qadirdi. Düzdü, çətin oyun olacaq. Amma istənilən halda millimizdən qələbə gözləyirik. Kollektivlərin güclərini nəzərdən keçirsək, hücum xəttimizdəki futbolçular daha keyfiyyətlidi. Düzdü, müdafiəmizdə bir az boşluqlar var. Yəni qol buraxa bilərik. Amma daha çox fərqlənərək qələbə qazanmaq ixtiyarındayıq”.
İLKİN SULTANLI




