Milli komanda Estoniya ilə oyundan öncə qüvvəsini sınayacaq

4.06.2023 12:21 355
Yığma / Manşet
Millimiz iyunun 17-də AÇ-2024-ün seçmə mərhələsində Estoniyanı qəbul edəcək.

Canni De Byazi kollektivi iyunun 5-də Bakı Olimpiya stadionunda bir araya gətirəcək. 6-da isə 21 yaşadək futbolçulardan ibarət milli ilə oyun baş tutacaq.

Qeyd edək ki, De Byazinin komandasının əsas toplanışı iyunun 10-dan "Dalğa Arena"da olacaq.

İLKİN SULTANLI