• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

TFF başqanı Kuntsun gələcəyi haqda nə dedi?

Dünya futbolu

16-06-2023, 23:0

Türkiyə yığması dünən Latviyaya yollandı.


"Football-plus.az" xəbər verir ki, bilindiyi kimi, qardaş ölkənin komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Riqada Latviyanın qonağı olacaq. Türkiyə Futbol Federasiyasının prezidenti Mehmet Büyükekşi də komanda ilə birlikdə səfərə çıxıb. O, dünən İstanbul hava limanında ayaqüstü jurnalistlərlə söhbət edib və növbəti dəfə “ay-ulduzlular”ın almaniyalı baş məşqçisi Ştefan Kuntsun gələcək taleyi barədə danışıb:

“Çempionlar Liqasının finalına çox gözəl şəkildə evsahibliyi etdik. Həm UEFA, həm də finalın iştirakçıları bizə təşəkkürünü bildirdi. Hər şeydən məmnun qaldılar. İstanbul və ölkəmizin tanıtımı üçün də çox mühüm bir hadisə oldu. Çünki 120 ölkədən ümumilikdə 1 milyarddan çox insan bu oyunu izlədi. İndi də diqqətimizi başqa vacib məqamlara yönəldəcəyik. Uzun illərdi namizədliyimizi irəli sürsək də, AÇ-yə evsahibliyi etmək baxımından heç cür istəyimizə çata bilmirik. Bu dəfə çox iddialıyıq. Ya AÇ-2028-ə, ya da AÇ-2032-yə evsahibliyi etmık istəyirik. Oktyabrın 10-da nəticələr bəlli olacaq. O vaxta qədər üzərimizə düşən hər şeyi edəcəyik. İndi Riqaya yollanırıq. Daha sonra Samsunda Uelslə qarşılaşacağıq. Hədəfimiz bu 2 oyunda 6 xal qazanmaqdı. Bunu bacaracaq gücdəyik. AÇ-2024 bizim üçün çox önəmlidi. Çünki turnir Almaniyada keçiriləcək. Almaniya dünyada Türkiyədən sonra türklərin ən çox yaşadığı 2-ci ölkədi. Ştefan Kuntsla yola davam edib-etməməyimiz indi müzakirə olunası məsələ deyil. Əvvəlcə qarşıdakı 2 oyunu başa vuraq. Sonra hər şeyi dəyərləndirəcəyik. Pillə-pillə irəliləyirik. Əvvəlcə ÇL-in finalını təşkil etdik. İndi diqqətimizi yığmanın oyunlarına yönəldirik. Ondan sonra da bizi federasiyada prezident seçkisi gözləyir. Əsas odu ki, indi Kunts yığmanın başındadı və biz də onun arxasındayıq. Uğurlu olması üçün hər cür dəstək veririk. Nəticələr istədiyimiz kimi olmasa, onda oturub bəzi şeyləri müzakirə edəcəyik. Seçki haqda da zamanı gələndə danışacağıq. Namizəd varsa, bir an öncə ortaya çıxıb müraciətini etməlidi. Bunda heç bir problem görmürəm. Demokratik ab-havada yarışırıq”.


Yeri gəlmişkən, Türkiyə yığması ilə bağlı bir xəbəri də diqqətinizə çatdıraq. İki əsas hücumçunu – Cenk Tosunla Enes Ünalı zədə üzündən itirən Türkiyə indi də əsas mərkəz müdafiəçilərindən birinin xidmətindən məhrumdu. Söhbət Çağlar Söyüncüdən gedir. Sağ ayaq əzələsində ağrılar olan 27 yaşlı futbolçunun adı yığmanın heyətindən çıxarılıb. Çağlar məşqçilər korpusu və komanda yoldaşları ilə vidalaşaraq yığmanın düşərgəsindən ayrılıb. O, Uelslə oyunu da buraxacaq. “Lester”dən ayrılan bu futbolçunun ən qısa müddətdə “Atletiko” ilə rəsmi müqavilə imzalayacağı gözlənilir.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu / AÇ

10-04-2023, 17:0

Türkiyə yenə AÇ-yə evsahibliyi etməyə cəhd göstərəcək

Dünya futbolu

26-03-2022, 22:0

Salih Özcan Türkiyə ilə Almaniya arasında seçimini etdi

Dünya futbolu

3-07-2022, 12:0

TFF-nin Kuntsa qarşı yeni şərtləri var!

Dünya futbolu

2-09-2022, 23:0

TFF başqanı ölkə futbolunun problemlərindən danışdı - AÇIQLAMA

Aktual
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
AFFA-nın hakimlər üçün yeni planı nədi? - növbəti mövsüm səhv qərar görmək istəmirik!
Son xəbərlər
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
  • Dünən, 15:40
    “Neftçi” İspaniya yığması ilə qarşılaşacaq - 1/4 final
  • Dünən, 15:37
    "Qarabağ" Medina ilə vidalaşdı
  • Dünən, 15:23
    "Qarabağ"ın 2-ci mərhələdə mümkün rəqibi bilindi
  • Dünən, 14:57
    Messi DÇ-yə tarixi het-triklə başladı və Klozeni yaxaladı!
  • Dünən, 14:17
    "Sabah"ın potensial rəqibi bəlli oldu
  • Dünən, 13:56
    Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
  • Dünən, 13:45
    Monqolustandakı “Böyük Dəbilqə”də çıxış edəcək heyət - SİYAHI
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 227
“Xəzər Lənkəran”ın bərpasıyla bağlı yeni xəbər – Zaur Ramazanov nəyi açıqladı?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə