Neapollular üçün daha bir problem

22.10.2026 17:28 27
Dünya futbolu
Cari mövsümü zəif keçirən “Napoli”nin çox sayda olan probleminə biri də əlavə olunub.

"Football-plus.az" xəbər verir ki, David Neres zədə səbəbindən komandanın növbəti 5 matçında da iştirak etməyəcək. Braziliyalı futbolçunun sağ bud nahiyəsində əzələ dartılması aşkarlanıb. 29 yaşlı forvard Çempionlar Liqasının “Vilyarreal”la matçında (1:3) sıradan çıxmışdı. O, artıq bərpa prosesinə başlayıb. Klubu futbolçunun yaşıl meydanlara qayıdacağı dəqiq vaxtı açıqlamayıb. İtaliya mətbuatının məlumatlara görə, artıq A seriyasında “Venetsiya” ilə matçı (0:1) buraxan David daha 5 oyunda görünməyəcək. Onun noyabrda keçiriləcək milli komandaların oyunları ilə əlaqədar fasilədən sonra sıraya dönəcəyi gözlənilir.

Neres cari mövsümdə bütün turnirlərdə “Napoli”nin heyətində 6 matçda meydana çıxıb və məhsuldar göstərici ilə yadda qalmayıb.