Fakundo Bernal gözlənilən aqibətə layiq bilinib.
"Football-plus.az" xəbər verir ki, İspaniya La Liqasının 9-cu turunda “Barselona”nın futbolçusu Lamin Yamalı baş zərbəsi ilə vuran “Betis”in yarımmüdafiəçisi ağır cəzalandırılıb. Bu qərarı İspaniya Kral Futbol Federasiyasının İntizam Komitəsi qəbul edib.
İkinci hissənin əvvəlində futbolçular arasında mübahisə yaranıb. Bernal Yamalın boğazından tutaraq onun üzünə iki dəfə baş zərbəsi endirib. Bu qayda pozuntusuna görə “Betis”in futbolçusu birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi isə onu 4 oyunluq cəzalandırıb.
Qeyd edək ki, 23 yaşlı Fakundonun cəzası İspaniya kubokunun oyunlarına da şamil edilir.
Layiqli cəzasını aldı
Dünya futbolu





