Xavyer Tebas dilinin bəlasına düşə bilər.
"Football-plus.az" xəbər verir ki, “Real”la münaqişəsi onun La Liqanın prezidenti vəzifəsindən kənarlaşdırılması ehtimalını ortaya çıxarıb. “La Sexta”nın məlumatına görə, İspaniya İdman Şurası Tebasın “Real”ın bəyanatlarını nasistlərin çıxışları ilə müqayisə etməsi ilə bağlı məsələni araşdırır. Prosesin davamı üçün İdman İnzibatçılığı üzrə Məhkəməyə rəsmi şikayət verilməlidi.
“Real” rəhbərliyi Tebası dəfələrlə tənqid edib və onun istefasını tələb edib. İspaniya futbolunda buna bənzər hal 2023-cü ildə yaşanıb. İspaniya Kral Futbol Federasiyasının sabiq prezidenti Luis Rubiales qadınlar arasında dünya çempionatının finalından sonra baş verən qalmaqala görə vəzifəsindən kənarlaşdırılıb və sonradan üç il müddətinə futbol fəaliyyətindən uzaqlaşdırılıb.
Prezident dilinin bəlasına düşə bilər
Dünya futbolu





