“Sabah” məğlubiyyətdən necə qaça bilərdi?

22.10.2026 17:58 63
Avrokuboklar / Manşet
Çempionlar Liqasında Dortmund “Borussiya”sını qəbul edən “Sabah” məğlub oldu – 1:2.

Bəs bu məğlubiyyətin qarşısını almaq mümkün idimi? “Sabah”ın uduzmasında həlledici amil nə oldu? Komandamızın hansı çatışmazlıqları nəticəyə təsir göstərdi?

“Football-plus.az” bu suallara cavab tapmaq üçün Rəşad Sadiqovun fikrini öyrənib:

“Mənə elə gəlir ki, məğlubiyyətdən qaçmaq olardı, qələbə qazanmaq da mümkün idi. Düzdü, məğlubiyyət də gözlənilən idi. “Bayquşlar” bir xal da götürə bilərdi, elə bir oyun idi ki, hər bir nəticə gözlənilirdi. “Sabah” yaxşı futbol göstərdi, "Borussiya"nı şoka salacaq qədər mükəmməl futbol oynadı. Bəzi məqamlar oldu ki, hücum fazasında onlar dəqiq yerinə yetirilsəydi, mənə elə gəlir ki, "Borussiya"dan xal götürmək olardı”.

İSRAYIL XEYRULLAYEV