İngiltərə çempionatının “Sauthempton”la oyunu (3:1) Ceyms Milner üçün əlamətdar olub.
O, premyer-liqada 600-cü oyununu keçirib. “Liverpul”un yarımmüdafiəçisi bu göstəriciyə görə Qaret Berri (653), Rayan Giqqz (632) və Frenk Lemparddan (609) geri qalır. 36 yaşlı Milner hazırkı komandasında 2015-ci ildən çıxış edir. O, əvvəllər “Mançester Siti”, “Aston Villa”, “Nyukasl” və “Lids”in formasını daşıyıb.