İngiltərə klubunda yeni müqavilə

14.03.2023 22:30 252
Dünya futbolu
Adam Lallana klubundan aldığı yeni təklifi qəbul edib.

"Football-plus.az" xəbər verir ki, təcrübəli futbolçu ilə müqavilə yenilənib. 34 yaşlı yarımmüdafiəçi “Brayton”da 2024-cü ilin yayına qədər oynamaq hüququ qazanıb.

Lallana İngiltərə klubunda 2020-ci ildən çıxış edir. O, bu mövsüm premyer-liqada meydana çıxdığı 16 oyunda 2 qol vurub.