Bir neçə həftə əvvəl Kriştiano Ronaldo ilə Corcina Rodrigesin ayrılacağı haqda xəbər yayılmışdı. Lakin Corcina sosial şəbəkə vasitəsilə sevgilisi ilə birgə şəklini paylaşaraq məlumatı təkzib etmişdi.
“Football-plus.az” xəbər verir ki, məşhur cütlüklə bağlı növbəti iddia ortaya atılıb. Bu barədə “TV Guia” məlumat yayıb. Telekanal cütlüyün vaxtilə ayrılıq müqaviləsi imzaladığını iddia edir. Məlumata görə, sənəd 2017-ci ildə Corcinanın böyük qızı Alana Martinaya hamilə olduğu vaxt imzalanıb. Sənədin hazırlanmasına Ronaldonun meneceri Jorje Mendeş cavabdeh olub. Ronaldo ilə ayrılacağı təqdirdə Corcinanın onun Madriddəki malikanəsinə sahib çıxacağı bildirilir. Bundan başqa, müqavilənin digər şərtinə görə, portuqaliyalı futbolçu ona ömürlük ayda 100 min avro ödəyəcəkmiş.
Xəbərdə o da qeyd olunur ki, ötən ilin iyununda yeni doğulan əkizlərdən birinin ölümündən sonra müqavilənin şərtləri dəyişdirilib.