"Football-plus.az" xəbər verir ki, o, bu haqda öz “instaqram” hesabında paylaşım edib:
“Paxıl adamlar şayiələr uydurur, dedi-qodular yayırlar. Axmaqlar isə onlara inanırlar”.
İspaniya mətbuatı 38 yaşlı forvardın 2016-cı ildən indiyədək davam edən münasibətdən yorulduğu üçün cütlüyün çətin günlər keçirməsi haqda məlumatlar yaymışdı. Həmçinin bir müddət əvvəl Ronaldo ilə sevgilisinin təyyarəyə minərkən qızğın mübahisə etdiyi, ətrafda başqa adamların olmasına baxmayaraq, səslərinin ucaldığı iddia edilmişdi. Ronaldonun Corcina ilə nigahdan 2 övladı var.


