Mourinyo bu klubla danışıq aparır

4.05.2023 22:15 252
Dünya futbolu
Kristof Qaltyenin mövsümün sonunda PSJ-ni tərk edəcəyi gözlənilir.

"Football-plus.az" xəbər verir ki, Fransa klubunun rəhbərliyi artıq ona xələf axtarışına başlayıb. Parislilərin ilk növbədə Joze Mourinyo ilə təmas qurduqları da məlumdu. İtaliya mənbələri “Roma”nın baş məşqçisinin PSJ-də işləməyə hazır olduğunu iddia edir.

Mourinyo romalıları 2021-ci ildən çalışdırır. Onun komandası hazırda A seriyasında 33 oyuna 58 xalla 7-ci yeri tutur.