Qaltyenin aqibəti martda bilinəcək

17.02.2023 13:51 254
Dünya futbolu
Kristof Qaltyenin PSJ-nin baş məşqçisi kimi fəaliyyəti qısa sürə bilər.

Onun kreslosu Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Bavariya”ya məğlubiyyətdən (0:1) sonra əməlli-başlı laxlayıb.

Fransa mənbələri təcrübəli mütəxəssisin aqibətinin martda bilinəcəyini xəbər verir.

PSJ “Bavariya” ilə cavab oyununu martın 8-də keçirəcək. Fransa çempionu Münhendə evdəki məğlubiyyətin əvəzini artıqlamasıyla çıxa bilməyəcəyi halda Qaltyenin istefaya göndəriləcəyi iddia edilir. Bu, baş verəcəyi təqdirdə Zinəddin Zidanın baş məşqçi postuna gətiriləcəyi də vurğulanır.