• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Fənərbaxça” 9 illik titul həsrətinə son qoydu, Jezuş dönəmi başa çatdı - REPORTAJ

Dünya futbolu

14-06-2023, 12:0

Bazar günü Türkiyə kubokunda 61-ci mövsümə yekun vuruldu. Budəfəki finala İzmirdə yerləşən “Gürsel Aksel” stadionu evsahibliyi etdi.

Düşünmək olardı ki, “İstanbul BŞ” finala daha motivasiyalı çıxacaq. Çünki komanda bu mövsüm superliqada hər iki oyunda “Fənər”ə uduzmuşdu. Əmrə Belözoğlunun komandasının həm qisas hissi, həm də avrokuboklara vəsiqə qazanmaq arzusu ilə oynayacağı gözlənilirdi. Amma belə olmadı.

"Football-plus.az" xəbər verir ki, artıq 46-cı saniyədə Arda Gülər rəqibdən topu oğurlayaraq Batşuayini qapıçı ilə duelə yolladı. Belçikalı ulduz bu dueldən qalib ayrıldı. Başakşəhərlilər bu “soyuq duş”dan uzun müddət ayıla bilmədilər. Daha rahat görünən İstanbul nəhəngi yarım saat tamam olmamış 2-ci qolu vurdu. Sağ cinahdan hücuma qoşulan Araonun ötürməsindən sonra qapıçı Muhammed Şəngəzər səhvə yol verdi. Nəticədə top önünə düşən Batşuayi boş qapını dəqiq nişan almaqla karyerasının ən rahat qollarından birini vurdu. Meydanda başverənlər Əmrəni o qədər qəzəbləndirdi ki, gənc mütəxəssis 34-cü dəqiqədə birdən-birə üç dəyişikliyə əl atdı. Əvəzlənənlərdən biri çılğın xaraketri ilə tanınan Canər Ərkin oldu. Təcrübəli futbolçunun formasını yerə atması və uzun müddət Əmrəyə etiraz etməsi gözdən qaçmadı. 2-ci hissənin əvvəllərində intriqa bidəfəlik ölə bilərdi. Amma Zaytsın zərbəsindən sonra başakşəhərliləri tir xilas etdi.

Matçın ən mübahisəli anı 67-ci dəqiqəyə təsadüf etdi. Qapıçı İrfan Can çıxışda inamsız oynadı və Yanuzay önünə düşən topu qapıya göndərdi. Amma hakim Atilla Karaoğlan top qapıya daxil olmamış fitini səsləndirdi. O, Keninin qapıçıya qarşı kobud oynadığına qərar verdi. Beləliklə, sona qədər hesab dəyişməyincə, “Fənər” 9 illik titul həsrətinə son qoydu. Komanda son titulunu 2014-cü ildə superkubokda “Qalatasaray”ı oyunsonrası penalti seriyasında yenməklə əldə etmişdi. Bu, eyni zamanda Əli Koçun 5 illik başqanlığı dönəmində qazanılan ilk titul oldu. Oyundan sonra isə Jorje Jezuş, gözlənildiyi kimi, “Fənərbaxça”dan ayrıldığını rəsmən açıqladı! Bu nəticə ilə həm də mövsümü 4-cü pillədə bitirən “Adana Dəmirspor” tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı. Həm “Fənər”, həm “Beşiktaş”, həm də “Adana Dəmirspor” mübarizəyə Konfrans Liqasının 2-ci mərhələsindən başlayacaq.

final
Fənərbaxça – İstanbul BŞ 2:0

Batşuayi, 1; 29.
Fənərbaxça: İrfan Can Eğribayat, Fərdi Kadıoğlu, Sərdar Əziz, Salai, Peres, Arda Gülər (Mərt Hakan Yandaş, 90+1), Arao, Zayts (Osayi-Samuel, 74), İrfan Can Kahveci (Rossi, 84), Valensiya (İsmayıl Yüksək, 74), Batşuayi (Sərdar Dursun, 90+1).
İstanbul BŞ: Muhammed Şəngəzər, Ömər Əli Şahinər, Duarte, Tuba (Aleksiç, 77), Canər Ərkin (Lima, 34), Bilya (Karzev, 34), Keni, Berkay Özcan, Dəniz Türüç (Şənər Özbayraklı, 84), Sərdar Gürlər (Yanuzay, 34), Fiqueyredo.

Faktlar
* “Fənərbaxça” tarixində 18-ci dəfə finalda oynadı və 7-ci dəfə kuboka sahib çıxdı. “Fənər” bu turnirdə finallarda ən çox (11 dəfə) məğlub olan komandadı. “Qalatasaray” kuboku 18, “Beşiktaş” 10, “Trabzonspor” 9 dəfə qazanıb.
* İzmir kubokun finalına 11-ci dəfə evsahibliyi etdi. “Fənər” bu şəhərdə keçirdiyi 4-cü finalda 2-ci qələbəsini qazandı. İstanbul 22 dəfə finala evsahibliyi edib.
* “Fənərbaxça” bu mövsüm kubokda keçirdiyi 6 oyunun heç birində uduzmadan çempion oldu.
* Batşuayi 46-cı saniyədə fərqlənməklə “Fənərbaxça”nın Türkiiyə kuboku tarixində vurduğu ən erkən qolun müəllifi oldu.
* Jezuş “Fənərbaxça”nın başında sonuncu – 52-ci rəsmi oyununu keçirdi. Komanda bu matçlardan 35 qələbə, 10 heç-heçə, 7 məğlubiyyət ilə ayrılıb.
* “İstanbul BŞ” tarixində 3-cü dəfə kubokun finalında uduzdu. Komanda bundan əvvəlki 2 finalda – 2016/17-də “Konyaspor”a, 2010/11-də “Beşiktaş”a penalti seriyasında uduzmuşdu. “İstanbul BŞ” keçirdiyi ilk 3 finaldan məğlub ayrılmaqla turnirin antirekordçusu oldu!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

10-04-2023, 16:0

“Qalatasaray”ın həsrəti 4 ilə yüksəldi - ŞƏRH

Dünya futbolu

16-08-2022, 11:0

"Fənərbaxça"nın gənc futbolçusundan rekord

Dünya futbolu / Manşet

31-05-2023, 13:0

“Fənər” 18-ci, “İstanbul BŞ” 2-ci dəfə finalda - ŞƏRH

Dünya futbolu

30-04-2023, 14:0

Jezuş Zikodan sonra bunu bacaran ilk əcnəbi məşqçi oldu

Dünya futbolu

3-09-2022, 10:0

Batşuayi rəsmən "Fənər"də

Dünya futbolu

13-11-2022, 22:0

''Qalatasaray''dan möhtəşəm qələbə!

Aktual
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
"Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
Son xəbərlər
  • Bu gün, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Bu gün, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Bu gün, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • Bu gün, 10:00
    "Qarabağ" evdə, "Zirə" səfərdə döyüşəcək - YENİLƏNİR
  • Dünən, 23:49
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • Dünən, 23:23
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:56
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • Dünən, 22:26
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • Dünən, 21:54
    Abubakar "Kəpəz"də
  • Dünən, 21:26
    Fransadan Portuqaliyaya yollandı
  • Dünən, 20:59
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • Dünən, 19:39
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • Dünən, 19:18
    "Kəpəz"də ayrılıq
  • Dünən, 19:00
    "Neftçi" - "Dinamo-Minsk": START HEYƏTLƏRİ
  • Dünən, 18:45
    "Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
  • Dünən, 18:20
    ''Fənər''in sabiq ulduzunun yeni klubu bəlli oldu
  • Dünən, 17:59
    “Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
  • Dünən, 17:00
    "Şəfa"dan daha bir transfer
  • Dünən, 16:29
    Freddi Varqas "Neftçi"də!
  • Dünən, 15:58
    “Çox xoşbəxt olduğumuzu deyə bilmərəm” – Coy-Lens Mikels
  • Dünən, 15:29
    “Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
  • Dünən, 15:13
    "Neftçi" Çempionlar Liqasına qələbə ilə başladı
  • Dünən, 14:28
    Dünya çempionu vətəninə qayıtmadı
  • Dünən, 13:55
    Güləş yığmasının dünya çempionatı üçün heyəti açıqlandı – 29 pəhləvan...
  • Dünən, 13:39
    KuPS da qisasdan danışır – “hədəf aydındı: əvvəl hesabı bərabərləşdirmək, sonra irəli çıxmaq”
  • Dünən, 12:51
    İspaniyadan İngiltərəyə üz tutdu
  • Dünən, 12:20
    "Forza Neftçi" çempionluq tələb etdi, bəs, "Neftçi" necə qarşıladı? - REPORTAJ
  • Dünən, 11:54
    Toral yenə start heyətində yer aldı – o, “Şaxtyor”a qarşı da oynaya bilər!
  • Dünən, 11:23
    Leverkuzenə qayıtmayacaq
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz möhkəmləndi
  • Dünən, 10:31
    İngiltərədə iş yerini dəyişə bilər
  • Dünən, 10:30
    Aaron Maluda xəstədi? – Dambrauskas özü-özünü təkzib edir
  • Dünən, 10:00
    Yenidən paytaxt klubuna xidmət edəcək
  • 21-07-2026, 23:0
    Belçikadan İngiltərəyə üz tutacaq
  • 21-07-2026, 23:0
    Erməni güləşçilər Bakıya gələcək
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 134
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 130
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 128
Varqas artıq Bakıdadı, “Neftçi”də qalması an məsələsidi
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə