• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Siti” tarixində ilk dəfə Avropanın ən güclüsü oldu

Çempionlar Liqası

14-06-2023, 11:0

İyunun 11-də İstanbulda Çempionlar Liqasının cari mövsümünə yekun vuruldu.

"Football-plus.az" xəbər verir ki, möhtəşəm ab-havada keçən həlledici oyun 2005-ci ildəki İstanbul finalı qədər məhsuldar alınmadı. Amma bu şəhər yenə İngiltərə təmsilçisi üçün düşərli oldu.

“İnter” finala təsadüfən çıxmadığını göstərdi

“Siti”nin finalın aşkar autsayderi kimi görünən “İnter”i meydandan silib-süpürəcəyi, “Bavariya” və “Real”ın başına açdığı oyunu milanlıların da başına açacağı ilə bağlı proqnozlar qətiyyən özünü doğrultmadı. İtaliyalılar da pressinqdən gözəl yararlana, qapıçını da oyuna qoşmaqla rəqibin təzyiqini effektli şəkildə dağıda bildiklərini göstərdilər. Simone İnzaqinin kollektivi bir reallığı sübut etdi: heç bir komanda ÇL-in finalına təsadüfən çıxmır!

Bernardo Silvanın 2-ci dəqiqədə endirdiyi təhlükəli zərbəni saymasaq, “Siti” ilk 20-25 dəqiqədə, ümumiyyətlə, “İnter”in qapısına yaxın düşə bilmədi. Xüsusilə də sol cinahda Dimarkonun fəallığı Bernardo Silvanın ənənəvi oyununu göstərməsinə mane olurdu. Sağ cinahda isə Qriliş həmişəki qədər fəal deyildi. Ona görə də əsas yük De Bruyne ilə Gündoğanın üstünə düşürdü. Holanna gəlincə, “İnter”in mərkəz müdafiəçiləri onu çox gözəl zərərsizləşdirdilər. Norveçli “qol maşını” yalnız bir dəfə - ilk yarının ortalarında cərimə meydançasına daxil olaraq təhlükəli zərbə endirdi. Amma matçı yüksək səviyyədə keçirən Onana komandasını xilas etdi. 36-cı dəqiqədə “Siti” üçün bəlkə də ən qorxulu şey baş verdi. De Bruyne zədələnərək əvəzləndi və dejavü yaşadı. Belçikalı ulduz 2021-də “Çelsi”yə qarşı finalda da Rüdigerlə mübarizədə zədələnərək 60-cı dəqiqədə əvəzlənmişdi. De Bruynenin çıxması ilə “İnter” bir qədər də ürəkləndi. Amma irəlidə Ceko və Martines istədikləri topları ala bilmirdilər. Cinah asmaları isə “Siti”nin müdafiəçiləri üçün asan yemə çevrilirdi. İlk 45 dəqiqəlik taktiki mübarizə “İnter”in rəqibdən çəkinmədiyini göstərdi. “Siti” fanatlarının böyük ümidlər bəslədiyi Holann isə ilk yarıda cəmi 9 dəfə (cərimə meydançasında 2 dəfə) topa toxunmaqla yadda qaldı. Hərçənd bu mövsüm Erlinqlə bağlı dəfələrlə belə statistikanın şahidi olmuşuq.

Rodri, bəxt, tir, Lukaku, Ederson...

Fasilədən sonra oyunun ssenarisi dəyişmədi. “Siti” adəti üzrə topu itirən kimi pressinqlə onu çox tez özünə qaytarmağa çalışırdı. Amma “İnter”dən topu almaq asan məsələ deyildi. Tərəflərin başı meydanın mərkəzində üstünlüyüq ələ keçirməyə qarışdığından qapılar önündə, demək olar, təhlükə yaranmırdı. Həmin məqamda İnzaqi ilk dəyişikliyə əl ataraq meydanda varlığı ilə yoxluğu bilinməyən Cekonu Lukaku ilə əvəzlədi. “İnter”in yaratdığı ilk təhlükəni “şəhərlilər” özləri hədiyyə etdilər. Akanci ilə Ederson arasındakı anlaşmazlıqdan sonra Martines iti bucaq altında qapıçı ilə təkbətək çıxdı. Amma argentinalı forvard topu Edersonun üstünə vurmaqdan başqa ağıllı bir şey fikirləşə bilmədi. Maraqlıdı ki, “Siti” oyunda ilk künc zərbəsini yalnız 65-ci (!) dəqiqədə yerinə yetirdi. Bundan 3 dəqiqə sonra isə hesab açıldı. Akancinin ağıllı ötürməsindən sonra Bernardo Silva cərimə meydançasında topu bir qədər arxaya – boş zonaya ötürdü. Özünü yetirən Rodri qarşısında iki futbolçu olmasına baxmayaraq, topu Onana üçün əlçatmaz olan küncə göndərdi. İtiriləsi bir şeyi qalmayan “İnter” irəli atıldı. ÇL-in finalında tez-tez bəxt amili də öz rolunu oynayır. Bu dəfə də belə oldu. Hesab açılandan cəmi 2 dəqiqə sonra ingiltərəlilərin qapısı önündə inanılmaz epizod yaşandı. Dimarkonun başla ilk zərbəsinin qarşısını tir, ikinci zərbəsinin qarşısını isə Lukaku (!) kəsdi. “İnter” hücuma aludə olsa da, müdafiədə, demək olar, boşluq vermirdi. Yalnız bir dəfə Foden boşluq yaxalayaraq zərbə mövqeyinə çıxsa da, Onana diqqətli idi. Matçın kuliminasiya nöqtəsi 87-ci dəqiqəyə təsadüf etdi. Uzun ötürmə zamanı Qosens Bernardonu qabaqlayaraq başla topu mərkəzə ötürdü. Lukaku qapıçı meydançası daxilində bomboş vəziyyətdə olsa da, başla topu düz Edersonun üstünə vurdu. Beləcə son mundialın iki uğursuz oyunçusu - Martines ilə Lukaku ÇL-in finalını da uğursuz keçirərək heç cür Edersonun qapısına yol tapa bilmədilər. Hərçənd “İnter”in finala qədər irəliləməsində argentinalı forvardın rolu az olmamışdı. Elə Lukaku da son dönəmlərdə yaxşı formada idi. Beləliklə, “Siti” tarixi bir mövsüm keçirərək “ağzıgöyçəklər”i susdurdu. Komanda bəlkə də konkret finaldakı oyuna görə qələbəyə layiq olmasa da, son illərdə əldə etdiyi nəticələrə görə ÇL-i qazanmağa layiq idi... Qvardiolanın komandasının daha iki yeni titul qazanmaq şansı yaranıb. Mankunianlar avqustun 16-da Yunanıstanda Avropa Superkuboku uğrunda oyunda “Sevilya” ilə qarşılaşacaqlar. Bundan başqa komanda həm də tarixində ilk dəfə klublararası DÇ-də iştirak hüququ əldə edib.

final
Mançester Siti – İnter 1:0 (0:0)
Mançester Siti (İngiltərə): Ederson, Akanci, Diaş, Ake, Stouns (Uoker, 82), Rodri, İlkay Gündogan, De Bruyne (Foden, 36), B.Silva, Qriliş, Holann.
İnter (Milan, İtaliya): Onana, Dyumfris (Bellanova, 76), Darmian (D`Ambrozio, 84), Açerbi, Bastoni (Qosens, 76), Dimarko, Barella, Brozoviç, Hakan Çalhanoğlu (Mxitaryan, 84), Ceko (Lukaku, 57), Martines.
Qol: Rodri, 68.
Vərəqə: Barella, 59. Lukaku, 83. Holann, 90+2. Onana, 90+2. Ederson, 90+4 – sarı.
Hakim: Şimon Marçinyak (Polşa).
11 iyun. İstanbul. 71412 tamaşaçı.

oyunun statistikası
7 (4) qapıya (“çərçivə”yə) zərbə 12 (5)
2 künc zərbəsi 4
1 ofsayd 1
11 qayda pozuntusu 17
2(0) sarı (qırmızı) vərəqə 3(0)
57 topa sahibolma (faizlə) 43

Faktlar
* “Mançester Siti” tarixində ilk dəfə ÇK/ÇL-in qalibi oldu. “Şəhərlilər” bu titulu qazanan 23-cü fərqli klub kimi tarixə düşdü. Bu siyahı sonuncu dəfə 2012-də “Çelsi”nin qələbəsi sayəsində yenilənmişdi.
* “Mançester Siti” 53 illik fasilədən sonra tarixinin 2-ci avrokubokunu qazandı. Komanda Avropada ilk titulunu 1969/70-də Kuboklar Kubokunun finalında Polşa təmsilçisi Zabrze “Qurnik“ini yenməklə (1:0) əldə etmişdi. Ümumilikdə “Siti” tarixinin 32-ci titulunu əldə etdi.
* “Mançester Siti” bir mövsümdə ölkə çempionluğunu, ölkə kubokunu və ÇL-i qazanaraq trebl edən 8-ci fərqli klub oldu. Daha öncə bu uğuru “Seltik” (1966/67), “Ayaks” (1971/72), PSV (1987/88), Mançester Yunayted“ (1998/99), “Barselona” (2008/09, 2014/15), “İnter” (2009/10) və “Bavariya” (2012/13, 2019/20) yaşamışdı.
* “İnter” tarixində 6-cı ÇK/Çl-in finalında oynadı və 3-cü dəfə məğlub oldu. Maraqlıdı ki, “İnter”in hər 3 məğlubiyyəti həmin mövsüm trebl qazanmış klublara qarşı olub! Bundan əvvəl milanlılar 1966/67-də “Seltik”ə və 1971/72-də “Ayaks”a boyun əymişdilər.
* Qvardiola məşqçi karyerasında 35-ci titulunu qazandı. Bununla da o, futbol tarixinin ən titullu məşqçilərinin siyahısında 2-ci pillədə qərarlaşan rumıniyalı Mirça Luçeskuya çatdı. Siyahıda 1-ci pillədə isə 49 titulla ser Aleks Ferquson qərarlaşıb.
* Qvardiola “Siti”nin başında 413-cü rəsmi oyunda yubiley – 300-cü qələbəsini qazandı (55 heç-heçə, 58 məğlubiyyət). Komanda bu 413 oyunda 1015 qol vurub!
* Daha öncə “Barselona”nın başında ÇL-i 2 dəfə (2009, 2011) qazanan Qvardiola bu uğuru 3-cü dəfə yaşamaqla Bob Peysli (1977, 1978, 1981) ilə Zinəddin Zidana (2016, 2017, 2018) çatdı. Bu məşqçiləri yalnız ÇL-i 4 dəfə (2003, 2007, 2014, 2022) qazanmış Karlo Ançelotti üstələyir.
* 2013-dən bəri ilk dəfə ÇL-i qazanan klubun heyətində xorvatiyalı futbolçuya rast gəlinmədi.
* Holann ÇL-i qazanan 5-ci norveçli futbolçu oldu. Daha öncə bu titulu norveçlilərdən Seynar Pedersen (“Borussiya” D, 1997), Ole Qunnar Sulşer, Ronni Yonsen (hər ikisi “Mançester Yunayted”, 1999) və Yon Arne Riise (“Liverpul”, 2005) qazanmışdı.
* Holann bir mövsümdə həm premyer-liqanın, həm də ÇL-in bombardiri olan 4-cü futbolçu kimi tarixə düşdü. Daha öncə bunu Duayt York (“Mançester Yunayted”, 1998/99), Ruud van Nistelroy (“Mançester Yunayted”, 2002/03) və Kriştiano Ronaldo (“Mançester Yunayted”, 2007/08) bacarmışdı.
* Rodri ÇL-in finalında qol vuran 12-ci ispaniyalı futbolçu oldu. O, eyni zamanda 2017-dən bəri finalda qol vuran ilk yarımmüdafiəçidi. 2017-də “Real”ın heyətində “Yuventus”la oyunda Kazemiro fərqlənmişdi.
* ÇL-in finalında ardıcıl 4-cü dəfə 1:0 hesabı qeydə alındı. Halbuki bu seriyadan əvvəlki 27 finalda ümumilikdə cəmi 3 dəfə tərəflərdən biri minimal hesablı qələbəyə sevinmişdi!
* “Mançester Siti” turnirin tarixində məğlubiyyətsiz çempion olan 15-ci, ÇL dönəmində 8-ci komanda oldu.
* “Mançester Siti” ÇL-də ardıcıl 26-cı oyunda uduzmamaqla (24 qələbə, 2 heç-heçə) İngiltərə klubları arasında avrokuboklarda ən uzunmüddətli məğlubiyyətsiz seriya baxımından özünə məxsus olan rekordu bir qədər də yenilədi. ÇL-də məğlubiyyətsizlik rekordu “Real”la “Bavariya”ya (hər isiki 30) məxsusdu.
* “Siti”nin forvardı Alvares bir mövsümdə həm ÇL-i, həm də DÇ-ni qazanan 11-ci fərqli futbolçu oldu. Amma buna qədər futbol tarixində bir mövsümdə həm DÇ, həm də trebl qazanan futbolçu olmamışdı!
* “Siti”nin 3-cü qapıçısı Skott Karson karyerasında 2-ci dəfə ÇL-i qazandı. İlk dəfə o, bu uğuru 2005-də “Liverpul”un heyətində yaşamışdı. Maraqlıdı ki, 37 yaşlı qapıçı indiyə qədər bu turnirdə cəmi 2 oyun keçirib.
* Mançester Milandan sonra 2 təmsilçisi ÇL-i qazanan cəmi 2-ci şəhər kimi tarixə düşdü. Maraqlıdı ki, bu şəhərlərdən heç biri paytaxt deyil.

Oyundan sonra

Xosep Qvardiola, “Mançester Siti”nin baş məşqçisi:

“Göydə ulduzlar elə qurulmuşdu ki, bu mövsüm ÇL-i biz qazanmalıydıq. Özümü bir tərəfdən yorğun, digər tərəfdən sakit və işinin öhdəsindən gələn biri kimi hiss edirəm. Bu lənətə gəlmiş titulu qazanmaq çox çətindi! Asan olmayacağını bilirdik. “İnter”in haqqını vermək lazımdı. Həqiqətən də bizə çox yaxşı müqavimət göstərdilər. İlk yarıda heç yaxşı oynamadıq. Oyunumuz alınmadıqca təlaşlanırdıq. Fasilədə oyunçularımdan səbirli olmalarını istədim. Sadəcə, dözmək lazım idi. Çünki gec-tez oyunda üstünlüyü ələ alacağımız dəqiqələrin olacağını bilirdim. Heç də ən yaxşı futbolumuzu sərgiləmədiyimizi etiraf etməliyik. Ederson matçın son anlarında bizi xilas etdi. Amma bu işdə bəxt də önəmlidi. Premyer-liqanı və İngiltərə kubokunu qazandıqdan sonra bu matça çox istəkli çıxmışdıq. Nəhayət, biz də ÇL-i qazandıq. Yeni mövsüm haqda düşünməyə gücüm qalmayıb. Əvvəlcə qələbəni qeyd edib sonra da yaxşıca dincəlməliyik. Hər şeyə sıfırdan başlayacağıq. Elə komandalar var ki, ÇL-i bir dəfə qazandıqdan sonra gözdən itirlər. Biz belə aqibətlə üzləşməməliyik. Məni tanıyanlar bilirlər ki, bunun baş verməsinə imkan vermərəm. Bu uğur həyatımızın sonuna qədər bizim bir parçamız olacaq. Ümid edirəm ki, artıq ÇL ilə bağlı suallardan canım qurtaracaq. Hamı deyirdi ki, bu turniri qazanmasaq, tarixə düşə bilməyəcəyik. İndi buyurun, 6 ildə qazandığımız 5 çempionluğa layiqli dəyəri verin! Bəziləri düşünür ki, hər il trebl qazanmalıyam. Düzdü, mən yaxşı məşqçiyəm. Amma bu qədər də yox”.


Simone İnzaqi, “İnter”in baş məşqçisi:

“Çox nadir hallarda matçdan dərhal sonra oyunçularla söhbət edirəm. Adətən, bir-iki gün sonra onlarla emosiyalarımı, fikirlərimi bölüşürəm. Amma bu gün oyundan dərhal sonra paltardəyişmə otağına daxil olaraq onları bu mövsüm əldə etdikləri nəticələrə görə təbrik etdim. Onlar özləri ilə fəxr edə bilər. Hər oyunçunu bir-bir qucaqladım. Həqiqətən də ən xoş sözlərə layiqdilər. “İnter” bütün dünyaya “Mançester Siti”yə necə müqavimət göstərmək lazım olduğunu nümayiş etdirdi. “Siti”nin oyunçularının səviyyəsi hamıya bəllidi. Bəlkə də bugünkü oyunumuzun qarşılığında daha artığına nail olmağa layiq idik. Amma “Siti”nin qarşısında papağımızı çıxarırıq. Onların bu uğura nail olmaq üçün son illərdə necə işlədiklərini bilirik. Dediyim kimi, bir balaca bəxtimiz gətirsəydi, məğlubiyyətdən qaça bilərdik. Son 25 dəqiqədə nələr baş verdiyini hamı gördü. Top sanki qapıya daxil olmaq istəmirdi. Təəssüf ki, futbolda belə şeylər hətta ÇL-in finalında da baş verir. Tirdən dönən, qapı xəttindən çıxarılan, qapıya gedərkən öz oyunçumuza dəyən zərbələrimiz oldu. Bu cür rəqibə qarşı belə fürsətlər yaxalamaq asan məsələ deyil. Fikrimcə, bu cür motivasiya, qərarlılıq və təşkilatlanmaqla biz yaxın gələcəkdə yenidən finalda oynaya bilərik”.


Bombardirlər: Holann (Mançester Siti) – 12, Salah (Liverpul) – 8, Vinisius (Real), Mbappe (PSJ) – 7.
Mövsümün ən yaxşı oyunçusu (UEFA-nın versiyası): Rodri (Mançester Siti).

Paylaş:
Digər xəbərlər

Çempionlar Liqası

11-06-2023, 14:0

ÇL-in finallarında 1:0 ənənəsi pozulmadı

Manşet / Çempionlar Liqası

11-06-2023, 00:0

"Mançester Siti" tarixində ilk dəfə Çempionlar Liqasının qalibi oldu - YENİLƏNİB

Çempionlar Liqası

10-06-2023, 21:0

Çempionlar Liqası: "Mançester Siti" və "İnter"in start heyətləri

Çempionlar Liqası

18-05-2023, 11:0

''Real'' 5-ci dəfə bu aqibətlə üzləşdi

Dünya futbolu

8-06-2023, 19:0

Trebl qazanmış klublar arasında ən güclüsü kimdi?

Manşet / Çempionlar Liqası

10-05-2023, 00:0

Madriddə qollu heç-heçə - YENİLƏNİB

Aktual
"Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
"Zirə"nin toplanış yeri hara olacaq?
“Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
“Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
“Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
Hamı bir nəfər kimi Tirolda! – “Sabah” başladı
Son xəbərlər
  • Bu gün, 13:55
    "Araz-Naxçıvan"dan ilk transfer
  • Bu gün, 13:24
    "Səbail" Adil Şükürovla yolları ayırdı
  • Bu gün, 12:53
    Medina "Qarabağ"la vidalaşdı
  • Bu gün, 12:30
    “Difai”nin yeni baş məşqçisi açıqlandı
  • Bu gün, 12:03
    48 milli komanda, 48 fakt
  • Bu gün, 11:51
    "Turan Tovuz" Ankaradan qayıtdı - toplanışa fasilə verildi
  • Bu gün, 11:24
    Milli komandada yeni müqavilə
  • Bu gün, 10:53
    “Hansısa millilər ön plana çıxarılır, onlara fərqli formada dəstək verilir” – azərbaycanlı menecerdən DÇ ilə bağlı şok açıqlama
  • Bu gün, 10:35
    Mehrac "Şahdağ Qusar"da
  • Bu gün, 10:14
    "Zirə"nin toplanış yeri hara olacaq?
  • Bu gün, 09:43
    İngiltərədən mundiala uğurlu start - VİDEO
  • Bu gün, 09:36
    "Neftçi" Orlean mərhələsində çempion oldu - Dünya Qadın Seriyası
  • Bu gün, 09:23
    "Qarabağ"ın rəqibi qələbə qazandı
  • Bu gün, 08:00
    Qana və Kolumbiya qalib gəldi - DÇ səhəri
  • Bu gün, 07:11
    Miller ilk matçda şans qazanmadı
  • Bu gün, 01:58
    İngiltərə inamlı qələbə ilə başladı - DÇ gecəsi
  • Dünən, 23:32
    "Səbail"in yeni rəhbəri bəlli oldu
  • Dünən, 23:15
    Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
  • Dünən, 22:50
    “Kəpəz”də sədr və baş məşqçi təyinatı niyə yubanır? – klub rəsmisi səbəbi dedi
  • Dünən, 22:16
    “Səbail”ə FİF də yardım etməyəcək – “dənizçilər”in pul axtarışı davam edir
  • Dünən, 21:55
    Ulduz futbolçunun 5-ci sevinci
  • Dünən, 21:49
    Mançesterdən Madridə yollandı
  • Dünən, 21:04
    “Şahdağ Qusar”dan başqa hansısa kluba maliyyə ayırmaq niyyətində deyilik” – “Səbail”in başı dərddə
  • Dünən, 20:43
    ''Udineze'' Zanyolonu ''Qalatasaray''dan daimi transfer etsə də...
  • Dünən, 20:12
    Bruno Lanqa "Qarabağ"da
  • Dünən, 19:41
    “Milan”ı yeni mövsümdə o çalışdıracaq
  • Dünən, 19:10
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 18:39
    "Şəfa"da növbəti müqavilə
  • Dünən, 18:08
    “Bu, “Qarabağ” üçün çox böyük təhlükədi” – Medinanın gedişi müdafiə xəttində xaos yaradacaq?
  • Dünən, 17:37
    Okan Buruk: ''Mourinyonun ''Real''ı ilə qarşılaşmaq əla olardı''
  • Dünən, 17:06
    Fransaya qayıtmayacaq
  • Dünən, 16:45
    "Zirə"nin də potensial rəqibi müəyyənləşdi
  • Dünən, 16:43
    "Sabah" və "Qarabağ" ilk mərhələdə uduzsa... - rəqiblər bəlli oldu
  • Dünən, 16:24
    "Neftçi"nin Konfrans Liqasındakı rəqibi bilindi
  • Dünən, 16:01
    Portuqaliyanı tərk etməyi düşünür
Daha çox
Oxunub: 281
“...azarkeşlərin reaksiyası çox sərt ola bilər” – Gəncə Arif Əsədovu necə qarşıladı?
Oxunub: 268
Elvin Cəfərquliyev yenidən parlaya bilər! - meneceri yeni klubu haqda nə dedi?
Oxunub: 267
"Qarabağ"dan Elvin Cəfərquliyev və milliyə çağrılan başqa futbolçular haqda açıqlama - "iyunun 19-da..."
Oxunub: 238
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 233
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 228
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə