''Real'' 5-ci dəfə bu aqibətlə üzləşdi

18.05.2023 11:55 252
Çempionlar Liqası
Bilindiyi kimi Çempionlar Liqasında dünən 2-ci finalçı müəyyənləşdi.

"Football-plus.az" xəbər verir ki, ''Real'' ''Mançester Siti''yə qarşı səfər oyununda çox aciz təsir bağışlayaraq 4 cavabsız qolla məğlub oldu.

Madrid nəhəngi bununla da XXI əsrdə 2-ci, tarixində cəmi 5-ci dəfə Avropanın ən mötəbər klub turnirində ən azı 4 top fərqi ilə uduzdu.

Sonuncu dəfə bu hadisə 2008/09-un 1/8 finalında ''Liverpul'' ilə səfər oyununda baş vermişdi (0:4). Ötən əsrdə isə ''Real'' bu aqibətlə 1988/89-un yarımfinalında səfərdə ''Milan'' (0:5), 1979/80-nin yarımfinalında səfərdə ''Hamburq'' (1:5) və 1964/65-in 1/4 finalında səfərdə ''Benfika'' (1:5) ilə duellərdə üzləşmişdi.

Xatırladaq ki, iyunun 10-da İstanbulda baş tutacaq finalda ''Mançester Siti'' ''İnter'' ilə qarşılaşacaq.