ABŞ-ın məhşur ESPN kanalı futbolsevərlərin marağına səbəb olan bir reytinq tərtib edib.
“Football-plus.az” xəbər verir ki, kanal futbol tarixində trebl qazanmış klublar arasında ən güclüləri müəyyənləşdirib.
Qeyd edək ki, treblin mənası bir mövsümdə 3 əsas titul - ölkə çempionluğu, ölkə kuboku və Çempionlar Liqasını qazanmaq deməkdi. İndiyə qədər tarixdə cəmi 7 fərqli klub bunu bacarıb və maraqlıdı ki, onların arasında ''Real'' yoxdu. Əvəzində ''Barselona'' və ''Bavariya'' bu tarixi uğuru 2 fərqli mövsümdə yaşayıb.
Xatırladaq ki, ''Mançester Siti'' də iyunun 10 da bu klubların siyahısına qoşula bilər. Artıq ölkə çempionluğunu və ölkə kubokunu qazanan ''Siti'' ÇL-in finalında ''İnter'' ilə qarşılaşacaq. ESPN-nin reytinqi ilə sizi tanış edirik.
1. Barselona - 2014/15
2. Bavariya - 2019/20
3. Barselona - 2008/09
4. Seltik - 1966/67
5. Mançester Yunayted - 1998/99
6. Bavariya - 2012/13
7. Ayaks - 1971/72
8. İnter - 2009/10
9. PSV - 1987/88