"Football-plus.az" saytı olaraq "Karvan"ın baş məşqçisi Kənan Kərimovdan bu barədə açıqlama aldıq. Mütəxəssisin cavabı belə oldu:
"1-ci divizionda çıxış etmək üçün müvafiq sənədləri toplayıb aidiyyatı quruma göndərmişik. Divizionda çıxış etmək üçün infrastrukturumuz var. Çox ümidliyik ki, bu çempionata qoşulacaq 4 komandadan biri biz olacağıq. Hazırda İcraiyyə Komitəsi və PFL-in qərarlarını gözləyirik. Yalnız qərar açıqlanandan sonra 2-ci divizion haqda düşünə bilərik və bu barədə rəhbərliklə də danışığımız olacaq".
ABDULLA İSMAYILOĞLU






