“Yalandan limit tətbiq etməklə...”

13.03.2023 16:08 337
1-ci liqa
AFFA İcraiyyə Komitəsinin martın 7-də keçirilən iclasında vacib qərarlar qəbul olundu. Belə ki, 2023/24 mövsümündə 1-ci divizionda əvəzedici komandaların çıxışına icazə verilməyəcək. Yarışda müstəqil komandalar iştirak edəcək və Region Liqası təmsilçilərinin hesabına say 10-a çatdırılacaq. Əvəzedicilərin çempionatı isə ayrı olacaq. Həmçinin divizion təmsilçilərinin hərəsinə AFFA 300 min manat yardım edəcək.

"Football-plus.az" olaraq, bununla bağlı Birinci divizionda çıxış edən “Qaradağ Lökbatan”ın baş məşqçisi Azər Həşimovun fikirlərini öyrəndik:

“Son qərarları dəstəkləyirəm. Divizion ilə əvəzedicilərin çempionatının ayrılması yaxşı oldu. Gənc oyunçu limitinin aradan qaldırılması da yaxşı olardı. Futbolçunun istedadı, gücü varsa, yaşından asılı olmayaraq, meydanda özünü göstərəcək. Yalandan limit tətbiq etməklə 30-31 yaşlı təcrübəli, hazırlıqlı futbolçunu kənarda saxlamağın adı nədi? Belə olsa, divizionun səviyyəsi də yüksələr. Region Liqasından divizionda əsas "Karvan"ı görmək istərdim. Ölkə futbolunda çəkisi olan, avrokuboklarda mübarizə aparan komandadı. Stadionu, bazası da var. "Füzuli"nin də adını çəkərdim. Təbii ki, son qərarı AFFA verəcək".


ABDULLA İSMAYILOĞLU

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul