Bu klub AFFA-ya sənədlər təqdim edib - AÇIQLAMA

23.07.2022 19:09 664
Ölkə futbolu / Manşet
Növbəti mövsümdən 1-ci divizionda daha bir komanda iştirak edəcək.

Bunun üçün isə AFFA-nın baş katibliyi və PFL tərəfindən meyarlar hazırlanıb. Qərara əsasən meyarlara tam uyğun olan sənədləri AFFA-ya ən tez təqdim edən klub növbəti “futbol ili”ndən 1-ci divizionda iştirak edəcək.

Görəsən, Region Liqasının iddialı komandalarından “Füzuli” meyarlara uyğun sənədləri AFFA-ya təqdim edib? Bu haqda məlumat almaq üçün komandanın baş məşqçisi Vasif İsmayılovla əlaqə saxladıq. Onun “Football-plus.az” saytına açıqlaması belə oldu:

“Sənədləri artıq AFFA-ya təqdim etmişik. Tarix tam yadımda deyil. Amma meyarlar açıqlanandan sonra qısa zamanda hazır etmişdik. Çünki meyarlar açıqlanmamışdan öncə 4-5 tələbi özümüz təxmin edib hazırlıq görmüşdük. Burda vacib olan məsələlərdən biri də sənədləri tez verməkdi. Birinci təqdim edib-etmədiyimizi bilmirəm. Amma düşünürəm ki, sənədləri ilk verənlərdən biri bizik. Meyarlara tam cavab verdiyimizi düşünürük. Amma son qərar AFFA verəcək.”


ŞAİR ABDULLA