"Football-plus.az" olaraq bununla bağlı Region Liqasında mübarizə aparan “Karvan”ın çalışdırıcısı Kənan Kərimovun fikirlərini öyrəndik:
"Federasiyanın son qərarlarını alqışlayırıq. Sevindirici haldı ki, divizionda müstəqil komandalar təmsil olunacaq və say artacaq. "Karvan"ın adının hallanması xoşdu. Amma ortada rəsmi heç nə yoxdu. Biz divizionda çıxış etməyə hazırıq, müvafiq sənədləri də göndərmişik. Hazırda müraciətimizə cavab gözləyirik. Ümumiyyətlə, divizion və premyer-liqada bölgə komandalarının sayı artsa, futbolumuz bir o qədər qazanacaq".






