Mario Götse klubu ilə yenidən anlaşıb. Frankfurt “Ayntraxt”ı yarımmüdafiəçi ilə müqaviləni yeniləyib.
“Football-plus.az” xəbər verir ki, 30 yaşlı futbolçu ilə imzalanan yeni müqavilənn müddəti 2026-cı il iyunun 30-na qədər razılaşdırılıb. Götse “Ayntraxt”da ötən ilin iyunundan çıxış edir. DÇ-2014-ün qalibi yenicə başa çatan mövsümdə komandada bütün yarışlarda 45 matçda meydana çıxıb, 3 qol vurub və 10 qolun ötürməsini verib.