“Milan” Olivye Jiru ilə müqaviləni yeniləyib.
"Football-plus.az" xəbər verir ki, İtaliya klubunun saytının məlumatına görə, fransız hücumçu ilə imzalanan yeni sözləşmənin müddəti 2024-cü ilin yayına qədər nəzərdə tutulub. 36 yaşlı dünya çempionu “Milan”da 2021-ci ilin iyulundan oynayır. Olivye bu mövsüm bütün turnirlərdə 37 oyuna çıxıb, 13 qol vurub və 6 məhsuldar ötürmə edib.