Dünya çempionu ilə müqavilə yeniləndi

3.06.2023 18:56 233
Dünya futbolu
Mario Götse klubu ilə yenidən anlaşıb.

"Football-plus.az" xəbər verir ki, Frankfurt “Ayntraxt”ı yarımmüdafiəçi ilə müqaviləni yeniləyib.

30 yaşlı futbolçu ilə imzalanan yeni müqavilənn müddəti 2026-cı il iyunun 30-na qədər razılaşdırılıb.

Götse “Ayntraxt”da 2022-ci ilin iyun ayından çıxış edir.

DÇ-2014-ün qalibi yenicə başa çatan mövsümdə komandada bütün yarışlarda 45 matçda meydana çıxıb, 3 qol vurub və 10 qolun ötürməsini verib.